Türkiyə Müdafiə Nazirliyi İdlibdə vəzifədə olan general-mayor Sezgin Erdoğanın ölümü ilə bağlı məlumat yayıb.
Eurasia Diary Haber Türk-ə istinadən xəbər verir ki, nazirlik onun səhhətində baş verən problemlərdən dolayı vəfat etdiyini bildirib.
Qeyd edək ki, Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.