Müharibəyə səbəb olan 11 sentyabr hadisəsindən 19 il sonra Dohada Əfqan sülh danııqları başladı. Bu barədə Eurasia Diary "Reuters"ə istinadən xəbər verir.
Bu gün Əfqanıstan hökuməti ilə Taliban qiyamçıları arasındakı danışıqların açılış mərasimi Qətərin paytaxtı Dohada başladı. Bu hadisə on minlərlə hərbçinin və mülki vətəndaşın ölümünə səbəb olan iyirmi illik müharibənin bitməsinə yönəlmiş danışıqların başlanğıcı oldu.
19 illik münaqişə, eyni zamanda ABŞ-ın üç prezidentini narahat edən xaricdə keçirdiyi ən uzun sürən hərbi əməliyyatıdır.
Rəsmilər, diplomatlar və analitiklər hər iki tərəfi danışıqlar masasına oturtmağı nailiyyət kimi qeyd etsələr də sülhə gedən yolun asan olmayacağını bildirdilər.
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı xüsusi nümayəndəsi Deborah Lyons, bu ay Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında verdiyi açıqlamada, "Müzakirələrdə Əfqanların necə bir ölkə istəməsi ilə bağlı bir sıra vacib məsələlər həll edilməli olacaq", deyib.
Mərasim ABŞ-ın Əfqanıstanda hərbi iştirakı ilə nəticələnən 11 sentyabr hücumlarının 19-cu ildönümündən bir gün sonra keçirilir.