Bəhreynin Daxili İşlər naziri Rəşid bin Abdulla əl-Xəlifə İsrail ilə münasibətlərin normallaşmasının ölkəsinin milli maraqlarını qoruduğunu bildirib.
Bu barədə Eurasia Diary Yeni Şafak-a istinadən xəbər verir.
“İsrail ilə diplomatik əlaqələrin qurulması üzrə saziş Bəhreyn Krallığının yüksək maraqlarının qorunmasından irəli gəlir hansı ki, dövləti qorumağı ehtiva edir”, deyə Daxili İşlər Nazirliyinin rəsmi səhfəsində qeyd olunub.
“Qardaş Birləşmiş Ərəb Əmirliyi ilə addımlarımızın uyğunluğu heç də təəcüblü deyil, bu iki qardaş ölkənin tarixi əlaqərinin dərinliyini təsdiq edir”, deyə nazir söyləyib.
Bundan əlavə olaraq bu sazişin Bəhreynin Fələstin məsələsindəki mövqeyinə təsir etməyəcəyini bildirib.