Ermənistan əhalisi arasında Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gələn fransız jurnalistlərin koronavirus infeksiyasını yayması ilə əlaqədar narazılıqlar yaranıb.
Bu barədə Eurasia Diary erməni mənbələrinin telegram kanallarına istinadən xəbər verir.
Yerli sakinlər bildirirlər ki, Ermənistana və Dağlıq Qarabağa gələn xarici jurnalistlər əsasən koronavirus daşıyıcısıdır və bu da erməni tərəfinin döyüşməsini çətinləşdirib.
Qeyd edək ki, bu günə qədər Ermənistanda 58,624 koronavirusa yoluxma halı qeydə alınıb, son bir gündə 1058 nəfər COVID-19 virusuna yoluxub.