Kosovo Prezidenti Haşim Taçi istefa verib.
Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, Kosovo Prezidenti istefasını mətbuat konfransında elan edib.
O bildirib ki, bu addımı Kosovo prezidentliyinin bütövlüyünü qorumaq üçün atıb.
H. Taçi Kosovo müharibəsində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunur. O, Haqaada yerləşən xüsusi məhkəməyə çıxarılacaq.