ABŞ Prezident seçkilərində Co Bayden qalib gəlib - Associated Press | Eurasia Diary - ednews.net

7 Mart,


ABŞ Prezident seçkilərində Co Bayden qalib gəlib - Associated Press

Dünya A- A A+

Associated Press (AP) agentliyi Demokrat Partiyasının namizədi Co Baydenin ABŞ-da Prezident seçkilərinin qalibi olduğunu elan edib.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, AP-nin hesablamalarına əsasən, Bayden prezident olmaq üçün lazım olan 270 seçici səsini toplayıb.

Son qiymətləndirmələrə görə, Bayden Pensilvaniya ştatında qalib gələrək 20 seçici səsi qazanıb. Beləliklə, hazırda Baydenin 273, Trampın 213 seçici səsi var.

Qeyd edək ki, NBC kanalı da oxşar qiymətləndirməni nümayiş etdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...