Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ səfirliyində gizləndiyi bildirilir.
Eurasia Diary xəbər verir ki, bu barədə erməni mətbuatı (politik.am) məlumat yayıb.
Paşinyan müharibənin bitməsi ilə bağlı bəyanat imzalandığını bildirdikdən sonra erməni xalqı hökumət və parlament binasını zəbt edib. Həmin zaman onun Müdafiə Nazirliyində gizlənməsi ilə bağlı xəbərlər yayılırdı.
Lakin erməni mətbuatı hökumət mənbələrinə istinad edərək onun ABŞ səfirliyində gizləndiyini iddia edir.
Qeyd edək ki, 2008-ci il 1 Mart hadisələri zamanı Paşinyan eyniylə ABŞ səfirliyində gizlənib.