Dünən Fransanın bir çox şəhərlərində etirazçılar ziddiyətli təhlükəsizlik qaydalarına qarşı nümayişlər keçirib.
Eurasia Diary "Euronews"a istinadən xəbər verir ki, yeni qaydalara görə polis əməkdaşlarının üzləri heç bir rəsmlərdə olmayacaq və kəşfiyyat tədbirləri daha da artırılacaq.
Fransa parlamenti hazırda Milli Təhlükəsizlik qanun layihəsinin növbətçi polis zabitlərinin çəkilişləri və görüntülərinin yayımlanmasının cinayət məsuliyyətinə cəlb edilməsini təklif edən 24-cü maddəsini araşdırır.
Fransadakı media qrupları bunun polis əməliyyatlarını işıqlandıran jurnalistləri təsir edə biləcəyini söyləyir, digər tənqidçilər isə vətəndaşların polisi məsuliyyətə cəlb etməkdən çəkindirməsindən qorxurlar.
Paytaxt Paris şəhərində 200 min olmaqla bütün Fransa boyu 500 min etirazçının nümayişlərə qoşulduğu bildirilib.