Qazaxıstan hökuməti istefaya getdi | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Qazaxıstan hökuməti istefaya getdi

Dünya A- A A+

Qazaxıstan hökuməti ölkə parlamentinin Məclisinə (aşağı palata) seçkilərdən sonra istefaya gedib.

Eurasia Diary xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Qazaxıstan qanunlarına görə, hökumət yeni seçilmiş Məclisdən əvvəl istefaya getməlidir. Eyni zamanda, hökumət üzvləri və baş nazir yeni Nazirlər Kabineti formalaşana qədər vəzifələrini icra edəcəklər.

Qazaxıstanda 10 yanvarda Məclisə seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, keçmiş prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyası 71.09% səslə seçkidə qalib gəlib. (virtualaz.org)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...