Madriddə baş verən partlayışda ölənlər və xəsarət alanlar var.
Eurasia Diary-nin “RİA Novosti”yə istinadən məlumatına görə, İspaniya paytaxtının mərkəzindəki partlayış nəticəsində ən azı altı nəfər yaralanıb, bir neçə nəfər həlak olub.
***
İspaniyanın paytaxtı Madriddə güclü partlayış baş verib.
Hadisə şəhərin Toledo küçəsində qeydə alınıb. Partlayış nəticəsində binalardan birinin bir hissəsi dağılıb.
Hadisənin başvermə səbəbi və zərərçəkənlər barədə məlumat verilmir.