İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistana səfər edəcək.
Eurasia Diary Ermənistan KİV-ə istinadən xəbər verir ki, İranın XİN başçısının İrəvana səfəri 27 yanvarda gerçəkləşdiriləcək.
M.C.Zərifin Ermənistanda müxtəlif ikitərəfli görüşlər keçirəcəyi bildirilir. Səfərin digər detalları açıqlanmayıb. (Unikal.org)