Ermənistan müxalifəti gizli görüş keçirərək erkən parlament seçkilərində iştirakı müzakirə ediblər.
Eurasia Dairy xəbər verir ki, görüşün bəzi detalları mətbuata sızdırılıb.
Ermənistanın "Joqovurd" nəşri görüş iştirakçılarının adlarını açıqlayıb. Belə ki, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan; partiya liderləri Qaqik Tsarukyan, Artur Vanetsyan, İşxan Sağatelyan və keçmiş siyasətçi Vazgen Manukyan iştirakçıların sırasında olub.
Seçkilərdə iştirakı müzakirə edərkən Tsarukyan və Vanetsyan bunun lehinə olduqlarını bildirib. Lakin Sarkisyan Paşinyan hakimiyyətdə olduğu müddətdə iştirakın əleyhinə olduğunu söyləyib. Bundan əlavə, Koçaryan və Sağatelyan birgə mübarizəni dəstəklədiyini ifadə edib.
Onlar küçə mübarizələrinin, mitinqlərin və nümayişlərin intensivləşdirilməsinə ehtiyac olduğunu qeyd ediblər. Bununla da gələcəkdə bu prosesdə aktivlik hiss olunacağı istisna olunmur.
Hələki, Vazgen Manukyan müxalifətin baş nazirlik postuna yeganə namizədi olaraq qalır. Lakin bu məsələdə hələ də konsensus mövcud deyil.