Türkiyə yeni uzaqmənzilli "Atmaca" qanadlı raketlərinin sınaq atışlarını keçirib.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu raketlər dəniz hədəflərini məhv etmək üçün təyin edilib.
Sınaq atışlarını Dəniz Qüvvələri komandanı ordu admiralı Adnan Özbal müşahidə edib.
Qeyd edək ki, bu raketlər Türkiyənin məşhur "Roketsan" şirkətinə məxsusdur.