Bu gün İordaniya ordusu sərhəddəki bir qaçqın düşərgəsi yaxınlığında baş verən partlayışda hərbçilərin həyatını itirdiyini açıqlayıb. İordaniya-İraq-Suriya sərhədinin qovuşduğu ərazinin 8 km uzaqlığında yerləşən Ruqbəndə qaçqın şəhərciyinin qarşısında bomba yüklü avtomobil partladılıb.
İordaniya ordusundan verilən açıqlamada bu "qorxaqcasına təşkil olunan" hücumun sərhədçilərinin ölümünə yol açdığı bildirilib.
"eastnews.org"