Rusiya Aİ-nin Navalnıya görə sanksiyalarına səssiz qalmayacaq | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Rusiya Aİ-nin Navalnıya görə sanksiyalarına səssiz qalmayacaq

Dünya A- A A+

“Avropa İttifaqının Aleksey Navalnıya görə Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab veriləcək”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O, məhdudiyyətlərin rəsmi Moskva üçün sürpriz olmadığını, lakin ikitərəfli münasibətlərə xələl gətirdiyini açıqlayıb.

“Bu, bizim üçün əsla sürpriz olmadı. Avropa İttifaqı tamamilə yanlış üsullardan istifadə edir. Onun hazırda seçdiyi yol qarşılıqlı münasibətlərə böyük ziyan vurur, xüsusilə də Avropa ölkələrinin maraqlarına cavab vermir”.

Qeyd edək ki, bu gün Avropa İttifaqının yüksək vəzifəli rəsmilərindən biri 27 ölkənin nümayəndəsinin Rusiyaya qarşı yeni sanksiyalar paketi razılaşdırdığını açıqlayıb.

Onun sözlərinə görə, məhdudiyyətlər yeni mexanizm əsasında, A. Navalnının həbs prosesi və mühakiməsində iştirak edən şəxslərə tətbiq olunacaq.

Qərar yalnız Avropa İttifaqı Şurasında təsdiqləndikdən və dərc olunduqdan sonra qüvvəyə minəcək.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...