Şuşa Azərbaycanındır deyən erməni qadın cəmiyyətin tənqid hədəfinə çevrilib | Eurasia Diary - ednews.net

20 Aprel, Çərşənbə axşamı


Şuşa Azərbaycanındır deyən erməni qadın cəmiyyətin tənqid hədəfinə çevrilib

Dünya A- A A+

Ermənistanda baş tutan mitinqdə kanallara açıqlama verən və Şuşanın, eyni zamanda Qarabağın (Ermənistan mediası bunu “artsax”ın deyə qeyd edib – red.) Azərbaycana aid olduğunu bildirən qadın hədəfə çevrilib.

Erməni mediası sözügedən qadının Xaçatur Sukiasyanın evində işlədiyini xüsusi olaraq vurğulayıb.

“Nikol Paşinyanın 1 mart mitinqində “Şuşa, əlbəttə ki, azərbaycanlılarındır, “artsax” da Azərbaycana məxsusdur” deyən qadın Nikol Paşinyanın şəriki olan oliqarx Xaçatur Sukiasyanın evində xadimə işləyir. Onu adi vətəndaş kimi mitinqə gətiriblər və Paşinyanın müdafiəsi üçün çıxış etməsini istəyiblər. Ancaq o, qalmaqallı açıqlaması ilə tənqid hədəfinə çevrilib”, - erməni mediası yazıb.

Moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...