"Əjdaha" yenə peyda oldu - "İskəndər"lər Ukrayna sərhəddinə yerləşdirildi | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


"Əjdaha" yenə peyda oldu - "İskəndər"lər Ukrayna sərhəddinə yerləşdirildi

Dünya A- A A+

Rusiya Mərkəzi Hərbi Dairəsi 119-cu raket briqadasına məxsus “İskəndər” əməliyyat-taktiki raket komplekslərini Voronej yaxınlığına yerləşdirib.

Eurasia Diary Axar.az-a istinadla xəbər verir ki, bu barədə Britaniyanın müdafiə və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış “Janes” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Rusiyanın quru qoşunlarının 14 bölməsi martın sonlarından etibarən Ukrayna sərhəddi yaxınlığına yerləşdirilib, ya da yerləşdirilir.

Mərkəzi Hərbi Dairəsindən tanklar, PDM-lər, 152 mm-lik 2C19 MSTA-S topları, özüyeriyən artilleriya, TOS-1A və 220 mm-lik BM-27 “Urağan” reaktiv yaylım atəş sistemləri ilə təchiz olunmuş 74 və 35-ci briqadalar, 120-ci artilleriya briqadası və 6-cı tank alayının dislokasiyasının həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, dünən “Conflict İntelligence Team” jurnalist araşdırmaları layihəsinin rəhbəri Ruslan Leviyev Rusiya Silahlı Qüvvələrinin Ukrayna sərhəddi yaxınlığında yeni səhra düşərgəsi yaratdığı ilə bağlı məlumat yaymışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...