Əfqanıstan prezidenti ölkədə növbədənkənar seçkilərin keçirilməsinə çağırdı | Eurasia Diary - ednews.net

8 May, Şənbə


Əfqanıstan prezidenti ölkədə növbədənkənar seçkilərin keçirilməsinə çağırdı

Dünya A- A A+

Əfqanıstan prezidenti Əşrəf Qani ölkədə siyasi böhranın nizama salınması üçün növbədənkənar seçkilərin keçirilməsini təklif edib.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Kabildə keçirilən tədbirdə çıxış edən dövlət başçısı qeyd edib ki, seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında, qısa müddətə keçirilməlidir.

Bu halda Qani əmin edib ki, seçkilərdə namizədliyini irəli sürmək niyyətində deyil və ölkənin idarə ediməsini seçkilərin nəticəsinə görə formalaşdırılacaq yeni hökumətə həvalə edəcək.

Prezident qeyd edib ki, Əfqanıstanda 42 illik müharibə xalq kütlələri arasında fikir ayrılığına səbəb olub.

"Biz ölkədə möhkəm sülh istəyirik. Sülhün qurulması böyük qurbanlar tələb edir", - Qani əlavə edib.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...