Türkiyədə etibarlı turizm proqramı, turizm sektorunda çalışan işçilərin peyvəndlənməsi ilə daha təhlükəsiz olub | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


Türkiyədə etibarlı turizm proqramı, turizm sektorunda çalışan işçilərin peyvəndlənməsi ilə daha təhlükəsiz olub

Dünya A- A A+

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyinin (TGA) kordinasiyası ilə turizm sektorunda çalışan işçilərin peyvəndlənməsinə başlanıb. Peyvəndləmə proqramı aviaşirkətlər, hava limanları, mehmanxanalar, turizm agentliklərinin işçilərini həmçinin peşəkar bələdçiləri də əhatə edəcək. Turizm sektorunda çalışan bütün işçilərin peyvəndlənməsi cari ilin yay mövsümünə qədər başa çatacaq. Peyvəndləmə proqramı “Etibarlı Turizm Sertifikat Proqramı” çərçivəsində qarşıdan gələn yay mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etməyi və turizm işçiləri ilə yerli turistlərin sağlamlığını və təhlükəsizliyini təmin etməyi hədəfləyir.

Türkiyə Covid-19 ilə mübarizədə və dünyanın ən etibarlı yerlərindən biri kimi mövqeyini daha da yaxşılaşdırma səylərinin bir parçası olaraq dünyanın bu sahədəki ilk və ən müvəffəqiyyətli nümunələrindən biri olan “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı”na investisiya qoymağa davam edir. Ölkə tətbiqetmənin əhatə dairəsini genişləndirərək 30 və ya daha çox otaqlı mehmanxanalar üçün məcburi etdi. İndiyə qədər 8 mindən çox turizm obyekti sertifikatlaşdırılıb.

Türkiyə 2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirləri alır və beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq.

 

 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...