Rusiya "Bayraktar"a qarşı yeni sistem yaradır | Eurasia Diary - ednews.net

14 May, Cümə


Rusiya "Bayraktar"a qarşı yeni sistem yaradır

Dünya A- A A+

Rusiyalı mütəxəssislər PUA-lara qarşı dünyada ilk dəfə “havada mina” sistemini yaradıb.

Eurasia Diary Konkret.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın “Rostex” şirkətinin nəzdindəki ZALA AERO-nun rəhbəri Aleksandr Zaxarov deyib.

Onun sözlərinə görə, “havada mina” sistemi daha əvvəl Rusiyada yaradılmış “Lanset” PUA-larının əsasında ərsəyə gətiriləcək:“Daha əvvəl əldə etdiyimiz 300 km/s sürəti ilə bunu rahatlıqla edə bilərik”.

Qeyd edək ki, Zaxarovun istifadə etdiyi “havada mina” ifadəsi bir neçə PUA-nın havada patrul xidməti göstərməsi və digər PUA-ların keçə bilməyəcəyi manenin yaradılması anlamına gəlir. Belə ki, on saatdan artıq havada qala bilən “Lanset” PUA-ları, bir növ, “havada mina” şəbəkəsi yaradır. Ukraynanın Türkiyənin “Bayraktar” PUA-ları əldə etməsindən sonra Rusiya tərəfindən belə açıqlama verilməsi xeyli suallar doğurub./axar.az/

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...