“Qarabağ kimi Zəngəzuru da itirəcəyik” - Şarmazanov | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


“Qarabağ kimi Zəngəzuru da itirəcəyik” - Şarmazanov

Dünya A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət ölkənin təhlükəsizliyini təmin edə bilmir, ona görə də peşəkar komanda ilə əvəz olunmalıdır.

Eurasia Diary Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

"Bu şəxs (Nikol Paşinyan- red.) bizim təhlükəsizliyimizi təmin edə bilmir”, - Şarmazanov bildirib.

Paşinyanın Sünik (Zıngəzur - red.) bölgəsinə səfəri və orada baş verən hadisələrə gəlincə, Şarmazanov qeyd edib ki, bu bölgənin sakinləri hər gün Dağlıq Qarabağdakı hərbi əməliyyatların və Azərbaycanla sərhədlərin yenidən işarələnməsinin nəticələrini hiss edir.

"Sünik (Zəngəzur -red.) sakinləri öz təhlükəsizliklərinə təhdid hiss edirlər, ona görə də Paşinyanın bölgəyə səfərinə belə şəkildə reaksiya verirlər. Ancaq anlamalıyıq ki, Sünikin problemləri yalnız bu bölgənin sakinlərini deyil, həm də bütün erməni xalqını narahat edir. Əgər sussaq, “Artsax"ın (Qarabağ-red) çoxunu itirdiyimiz kimi Süniki də itirəcəyik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...