Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi Xalq artistindən maraqlı faktlar

Dünya 22:35 22.04.2021

Bu gün Xalq artisti Ağahüseyn Cavadovun doğum günüdür. Aktyor haqqında maraqlı faktları təqdim edirik.

Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakının Xırdalan qəsəbəsində doğulub. Anası Hürmət xanımın ən böyük arzusu oğlunu savadlı bir insan kimi görmək idi.

Bunun üçün də o, oğlunu əvvəlcə mollaxanaya aparır. Daha sonra Ağahüseyn Cavadov Bakıda, "Səadət" məktəbinə daxil olur. 1919-cu ildə həmin məktəbi bitirsə də, maddi vəziyyəti ona təhsilini davam etdirməyə imkan vermir. Məcburiyyət qarşısında qalan Ağahüseyn ailəsinə kömək məqsədi ilə tacir yanında işləməyə başlayır.

İşləməklə bərabər imkan tapan kmi teatr səhnələrində göstərilən tamaşalara baxmağa gedən Ağahüseyn Cavadov sevdiyi aktyorların ifasına heyran qalır. Nə zamansa onlarla birgə səhnəyə çıxacağını arzu edir.

***

1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır. Bölməyə Sidqi Ruhulla rəhbərlik edir. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Ac həriflər", Soltanməcid Qənizadənin "Xor-xor", "Dursunəli və ballıbadı", Mirmahmud Kazımovskinin "Molla Cəbi", "Daşım-daşım" pyes və vodevillərinin tamaşalarında iştirak edir.

1921-ci ildə yeni yaradılmış Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır. Həmin teatrdakı fəaliyyəti yaradıcılığının ən maraqlı dövrü olur. Sonralar bu teatr Gəncə şəhərinə köçürülür. Aktyor burada "Bəxtsiz cavan", "Pepo", "Namus", "Morqanın qohumu" adlı tamaşalarda çıxış edir.

***

1930-cu illərin sonlarında sovet hakimiyyətinin repressiya siyasəti çoxlarının həyatını məhv edir. Həbslər başlananda Ağahüseyn Cavadovun da başının üstünü təhlükə alır. O, həbs olunacağını hiss edib, bir müddət uzaqlaşmaq, yaddan çıxmaq üçün Gəncəni tərk edib, Bakıya köçür və bununla da repressiyadan canını xilas edə bilir.

***

1938-ci ildə yeni təşkil olunan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına Ağahüseyn Cavadov da dəvət olunur. Beş ildən sonra o, Akademik Milli Dram Teatrının truppasına qoşulur və ömrünün sonunadək bu teatrda işləyir. Burada o, "Nişanlı qız", "Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə", "Həyat", "Yadigar", "Əcəb işə düşdük", "Müfəttiş", "Canlı meyit", "Şeyx Sənan", "Mənim günahım" tamaşalarında maraqlı rollar yaradır.

Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində Ağahüseyn Cavadovun xidməti böyük oldu.

***

Filmlərdə yaddaqalan rollar yaradıb. "Bəxtiyar"da Rza, "Görüş"də Əbülfəz rolu tamaşaçılar tərəfindən çox sevilir.

***

Sonralar o, "O olmasın, bu olsun", “Qızmar günəş altında", "Əhməd haradadır?", "Kölgələr sürünür", "Bir qalanın sirri", "Sehrli xalat", "Şərikli çörək", "İstintaq davam edir", "Mən ki gözəl deyildim", "Bizim Cəbiş müəllim" və s. filmlərdə epizodik, amma yaddaqalan obrazlar yaradır.

Aktyor müsahibələrinin birində öz yaradıcılığı haqqında deyir: "İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov oldular. Onlar mənə rol üzərində işləməyi, bu sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətdilər".

***

Ağahüseyn Cavadov 1931-ci ildə respublikanın Əməkdar artisti, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.

Cavadovla bağlı bir çox maraqlı hadisələr də xatırlanır. Teatrşünas İlham Rəhimli “Səhnəsiz gülüş” kitabında olmuş bir əhvalat barədə yazır:

“Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin “Alov” pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlər. Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur. Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir. Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək deyir:

- Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq.

Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla səhnəyə gedir. Ağahüseyn Cavadov çaş-baş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır. Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində “Alov” tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin” elanı asılır”.

Ağahüseyn Cavadov ailəsində də çox sadə və mehriban insan olub. Nəvəsi Rasim Cavadov babasını belə xatırlayır:

"Babam özü varlı olmasa da, dövlətli bir ailənin qızıyla evlənmişdi. Onun həyat yoldaşı Surat xanımın atasının Bakının Sabunçu kəndində və indiki Mirzağa Əliyev küçəsində çoxlu mülkləri var imiş. Onların hamısı müsadirə edilməmişdi. Nənəmlə babamın yeddi övladı - üç qızı və dörd oğlu olub. Qızlarından biri gənc yaşında vəfat edib. Mən həmin bibimi görmədim. Amma ailəmizdə bu nakam gənc qızın itkisini nənəmin və babamın bitməyən dərdində, kədərində hiss edirdim. Altı uşağı isə nənəmlə babam evləndirmiş, hamısını ev-eşik sahibi etmişdilər. Surat nənəm əlli yeddi yaşında dünyadan köçdü. Babam ondan sonra uzun illər yaşadı. Evlənmədi".

***

Ağahüseyn Cavadov sağlam adam olsa da, ömrünün son illərində şəkər xəstəliyinə mübtəla olur.

1981-ci ilin 20 iyulunda Bakıda dünyasını dəyişir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı