Çexiya Rusiya səfirliyinin 63 əməkdaşını ölkədən çıxaracaq | Eurasia Diary - ednews.net

8 May, Şənbə


Çexiya Rusiya səfirliyinin 63 əməkdaşını ölkədən çıxaracaq

Dünya A- A A+

“Rusiyanın Praqadakı səfirliyinin 63 əməkdaşı Çex Respublikasını tərk etməlidir”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı Çex televiziyasında ölkənin Xarici İşlər naziri Yakub Kulqanek bildirib.

Nazir deyib ki, söhbət ailə üzvləri ilə birlikdə Çexiyanı tərk edəcək Rusiya səfirliyinin 63 əməkdaşından gedir: “Rusiyanın Praqa səfirliyindəki rus diplomatların sayı Çexiyanın Moskvadakı diplomatlarının sayına qədər azaldılacaq”. 

Kulqanek əlavə edib ki, sözügedən qərar bu gündən qüvvəyə minir. Rusiya tərəfi bununla bağlı məlumatlandırılıb. Onlar may ayının sonuna qədər Çexiyanı tərk etməlidirlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...