“Azərbaycanlıların Ermənistana qayıtması üçün bütün əsaslar var” - Fərid Şəfiyev | Eurasia Diary - ednews.net

8 May, Şənbə


“Azərbaycanlıların Ermənistana qayıtması üçün bütün əsaslar var” - Fərid Şəfiyev

Dünya A- A A+

“Əgər biz Ermənistan və Azərbaycan münaqişəsinin ədalətli yola həll olunmasından danışırıqsa təbii ki, azərbaycanlılar ora qayıtmalıdır. Hazırki Erməsintanda olan mədəni irsdən danışarkən Ermənistanda bu isteriyaya səbəb olub”.

Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Bizi ittiham edirlər ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası var. Bizim ərazi iddiamız yoxdur”- deyən F.Şəfiyev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə çıxışında bunu vurğulayıb: “Lakin bizim orada olan irsimizə, tariximizə, maddi sərvətlərimizə iddiamız var və bu, tarixi və hüquqi baxımından tam əsaslıdır. Vaxtilə Azərbaycan ərazisində ermənilər məskunlaşıb. Ona görə də ermənilər Azərbaycan ərazisinə qayıda bilərlər. Bu təbii ki, qarşılıqlı şəkildə olacaq. Biz də Ermənistana qayıtmalıyıq. Bu ədalətin tam şəkildə bərpası deməkdir”.

F.Şəfiyev vurğulayıb ki, postmünaqişə dövründə fokusda həmişə Azərbaycan olurdu: “Hazırki Ermənistanda yüz illərlə yaşamış azərbaycanlılar haqqında kimsə bir kəlmə söz danışmır. Orada olan məscidlər və mədəni irsimiz barədə danışan yoxdur. Bu paradikmanı dəyişmək lazımdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...