Rusiya Azov dənizini anneksiya edə bilər.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Azov dənizi indi Rusiya üçün asan hədəfdir. Krımın qanunsuz anneksiyasından və Kerç boğazında nəzarətin bərpasından sonra Rusiya Azov dənizində işğal gerçəkləşdirə bilər. O, burada öz hərbi mövcudluğunu daima gücləndirir və ticarət yollarını qapadır”, – deyə o bildirib.