"Fəlakət yaxınlaşır" - BMT-nin Baş katibindən iqlim anonsu | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


"Fəlakət yaxınlaşır" - BMT-nin Baş katibindən iqlim anonsu

Dünya A- A A+

“Keçən il Yerin temperaturu üç milyon ildə 3 dərəcə yüksələrək rekord həddə çatıb, bu, bəşəriyyətin iqlim fəlakətinə yaxınlaşmasıdır”.

Eurasia Dairy APA-ya istinadla xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş onlayn keçirilən "Petersberq İqlim Dialoqu" beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci il misilsiz ekstremal hava və iqlim fəlakəti dövrü olub: “Atmosferdəki karbon dioksidin konsentrasiyası ən yüksək səviyyəyə qalxaraq sənaye səviyyəsini 148% üstələyib”.

Planetin uçurumun astanasında olduğunu diqqətə çatdıran Quterreş əlavə edib ki, əsrin sonuna qədər temperaturun 2.4 dərəcə yüksəlməsinə doğru gedirik: “Lakin birlikdə işləsək, iqlim sabitliyinin pozulmasının ən pis təsirlərinin qarşısını ala bilərik. Daha təmiz, daha yaşıl inkişaf yolunu tutmaqla pandemiyadan da qurtula bilərik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...