Türkiyə Xarici İşlər Nazirliyi 8 il aradan sonra Misir ilə diplomatik əlaqələrin müzakirə edilməsi ilə bağlı yazılı açıqlama yayıb.
Yazılı açıqlamada vurğulanıb ki, 2 gündür davam edən danışıqlar səmimi ab-hava yaradıb.
"Danışıqlarda təkcə ikitərəfli əlaqələr deyil, həm də Suriya, Liviya və İraq müzakirə olundu. Bundan əlavə, Şərqi Aralıq dənizi məsələsi də müzakirə edilən məsələlər arasında yer aldı", - deyə XİN diqqətə çatdırıb.
Qeyd olunub ki, tərəflər danışıqları dəyərləndirəcək və müvafiq addımları atacaq.