Dəhşətli terrorun qurbanları anılır - Tatarıstan matəmə qərq olub | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Dəhşətli terrorun qurbanları anılır - Tatarıstan matəmə qərq olub

Dünya A- A A+

Rusiyanın Kazan şəhərində 11 nəfərin ölümü ilə nəticələnən silahlı basqının baş verdiyi 175 nömrəli gimnaziyada qurbanların xatirəsinə iki memorial stend yerləşdirilib.

EurasiaDairy "Qafqazinfo"-ya istinadən xəbər verir ki, 20 nəfərlik qrup şəklində ziyarət edən insanlar ora gül və oyuncaqlar qoyurlar. Gimnaziyanın ərazisi Rusiya Milli Qvardiyası tərəfindən mühafizə olunur.

Qeyd edək ki, Kazan şəhərinin 175 saylı gimnaziya məktəbində mayın 11-i baş verən basqın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb. Mayın 12-si respublikada matəm günü elan olunub. Basqını törətməkdə şübhəli bilinən məktəbin 19 yaşlı məzunu saxlanılıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...