Hesab edirik ki, Rusiyanın Aİ-yə qarşı dost olmayan fəaliyyətlərlə bağlı ittihamları əsassızdır.
Bunu Avropa İttifaqının baş diplomatı Jozep Borrell deyib.
O, Moskvanı dost olmayan xarici dövlətlər siyahısına yenidən baxmağa çağırıb:
“Biz Rusiyanı münasibətlərin daha da pisləşməməsi üçün öz qərarını yenidən nəzərdən keçirməyə çağırırıq. Aİ tərəfdaşları ilə öz mövqeyini koordinasiya etməyə davam edəcək. Biz Çexiya, digər Aİ üzvləri və ABŞ-la tam həmrəy olduğumuzu ifadə edirik və Moskvanı Vyana konvensiyasına əməl etməyə çağırırıq”.
Qeyd edək ki, bundan öncə Rusiya dost olmayan ölkələr siyahısını dərc edib. Siyahıda Çexiya və ABŞ-ın adı yer alıb.