Bayden peşəkardır və heç nəyi nəzərdən qaçırmır - Putin | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Bayden peşəkardır və heç nəyi nəzərdən qaçırmır - Putin

Dünya A- A A+

ABŞ Prezidenti Co Baydenin mətbuat tərəfindən canlandırılan obrazının həqiqətlə heç bir əlaqəsi yoxdur.

Eurasia Diary-nin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Həm bizim, həm də hətta ABŞ mətbuatı tərəfindən canlandırılan prezident Bayden obrazının həqiqətlə heç bir əlaqəsi yoxdur. Prezident Bayden gümrah görünür. Biz onunla iki saat, bəlkə bir az da çox göz-gözə danışdıq. O, vaxtaşırı qeydlərinə baxırdı. Biz hamımız belə edirik”, - deyə V. Putin vurğulayıb.

Rusiya Prezidenti amerikalı həmkarını peşəkar adlandırıb: “Bayden peşəkardır. Heç nəyi nəzərdən qaçırmamaq üçün onunla çox diqqətli işləmək lazımdır. Sizi əmin edirəm ki, o, heç nəyi nəzərdən qaçırmır”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...