Keçmiş dövlət başçısı, Erməni Milli Konqresi Partiyasının (EMK) lideri Levon Ter-Petrosyan seçki məntəqəsinə tək gəlib.
Eurasia Diary xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, o, “Bu gün sükut günüdür” deyərək jurnalistlərin suallarını cavablandırmaq istəməyib. Seçkilərdə Ter-Petrosyanın rəhbərlik etdiyi partiya da iştirak edir. Özü də EMK seçki siyahısında 1-ci yerdədir.
Xatırladaq ki, 20 iyunda Ermənistanda erkən parlament seçkiləri keçirilir.
25 siyasi qüvvə qeydiyyatdan keçib - 21 partiya və 4 blok. Seçki məntəqələri saat 08:00-da açılıb. Məntəqələrin 479-u İrəvan, daha 1529-u bölgələrdədir.
2,578 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var (bunlardan 855 mindən çoxu paytaxtdadır). Siyasi qüvvələrin parlamentə minimum daxil olma həddi partiyalar üçün 5%, bloklar üçün 7% -dir.