Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalara qarşı mübarizə məqsədilə ölkənin bəzi regionlarında hərbi vəziyyət tətbiq olunacağını istisna etməyib.
Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, bu barədə Belarus lideri iyunun 24-də cümə axşamı Qrodno vilayətinə işgüzar səfər zamanı bildirib.
Lukaşenkonun sözlərinə görə, Qərbin Belarusa qarşı sanksiyalar tətbiq etməsi onun acizliyindən xəbər verir.