Əfqanıstanda qırğın - 100-dən çox dinc sakin öldürüldü | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Əfqanıstanda qırğın - 100-dən çox dinc sakin öldürüldü

Dünya A- A A+

Əfqanıstanın Qəndəhar vilayətinin Spin-Boldak bölgəsində naməlum şəxslər yüzdən çox dinc sakini öldürüblər.

Eurasia Diary xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyindən bildirilib.

"Pəncabdakı (Pakistan) rəhbərlərinin əmri ilə terrorçular Spin- Boldakın bəzi
ərazilərindəki günahsız əfqanların evlərinə hücum etdilər. Onlar evləri qarət ediblər, yüzlərlə günahsız insan öldürüblər", - nazirliyinin sözçüsü Mirvais Stanekzay deyib.

“Taliban” mülki şəxslərin qətllərində iştirakını inkar edir.

Daha əvvəl Pakistanla sərhəddəki Spin-Boldak bölgəsi "Taliban" tərəfindən ələ keçirilib, daha sonra yenidən hökumət qüvvələrinin nəzarətinə keçib. Pakistan-Əfqanıstan sərhədində yerləşən Spin-Boldak bölgəsi ticarət baxımından strateji bir mövqeyə sahibdir.

Azvision.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...