Çin ABŞ-ın özünə qarşı həddən artıq təhlükəli siyasətini düzəltməyə çağırır.
Eurasia Diary xəbər verir ki, bunu Çin xarici işlər nazirinin müavini Se Fen ABŞ Dövlət katibinin birinci müavini Uendi Şermanla görüşü zamanı deyib. Onun sözlərinə görə, ABŞ Çinə şərti düşmən qismində baxmağı dayandırmalıdır.
O, Çin-Amerika münasibətlərinin dalana dirəndiyini bildirib:
“ABŞ hökuməti Çinin qarşısının alınması üçün səfərbər olub, sanki Çinin inkişafının qarşısını almaqla ABŞ-ın ən çətin problemləri həll olacaq, ABŞ yenidən böyük olacaq və onun hegemoniyası davam edəcək. Biz ABŞ-ı bu yanlış və təhlükəli siyasətini dəyişdirməyə çağırırıq”.