Lvov bölgəsində yerləşən Yavoriv poliqonunda ABŞ, Polşa, Litva və Ukraynanın hərbi personalının iştirakı ilə "Üç Qılınc - 2021" beynəlxalq hərbi təlimləri keçirilir. Dördmərhələli təlim iyulun 17-dən başlayıb və cari ayın 30-dək davam edəcək.
Eurasia Diary xəbər verir ki, təlimə 1200-dən çox hərbçi və 200-ə yaxın hərbi texnika cəlb olunub.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, təlimlərin məqsədi briqadaların hazırlıq səviyyəsini yoxlamaqdır.
Qeyd olunur ki, təlimlər yalnız müdafiə xarakteri daşıyır.