Ukrayna Silahlı Qüvvələrində kadr dəyişikliyi ordunun gəncləşdirilməsinə hesablanıb.
EDNews.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov danışıb.
Danilov Müdafiə Nazirliyinə yeni təyin olunan bütün rəhbərlərin hərbi təhsilli insanlar olduğunu vurğulayıb:
"Bu bizim üçün çox vacib bir şeydir. Üstəlik, hamısı cəbhədən keçib, bütün kadrlar etibarlıdır. Bir dənə də olsun "arxa" adam nəzərdə tutulmayıb. Prezident gənc polkovniklərə, polkovnik-leytenantlara, mayorlara dəstək verəcək ki, inkişafımız olsun".
Qeyd edək ki, “Şimal” operativ komandanlığının rəhbəri Valeri Zalujnıy Silahlı Qüvvələrin Baş komandanı təyin olunub. Tibbi qüvvələr komandanı vəzifəsinə isə Tatyana Ostaşenko gətirilib.