Arşak Karapetyan Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib.
EDNews.net xəbər verir ki, müvafiq sərəncamı Nikol Paşinyan imzalayıb.
Xatırladaq ki, Karapetyan bu vəzifəyə 20 iyul tarixində təyin edilib. O, faktiki olaraq, bu postu tərk edən Vaqarşak Harutyunyanın yerinə müdafiə nazirinin vəzifəsini icra edirdi.