Putindən Şimali Kipr xəbərdarlığı Rusiya nədən narahatdır?

Dünya 14:46 03.08.2021

Son dönəmlərdə geniş müzakirə mövzusuna çevrilən məsələlərdən biri də Şimali Kipr Türk Respublikasının müstəqil dövlət kimi tanınmasıdır. Xüsusilə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövzu ilə bağlı verdiyi açıqlamalardan sonra adada ikinci müstəqilliyin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması ciddi şəkildə qeyd olunmağa başlayıb.

EDNews.net  Bizim.Media-ya istinadən xəbər verir ki, bundan əlavə, Azərbaycan rəsmilərinin adanın şimal hissəsinə səfərindən sonra rəsmi Ankaradan başqa dövlətlərdən də sözügedən məsələ ilə bağlı fikirlər gəlməyə başlayıb.

İndi də Rusiya Prezidenti Vladimir Putin Kremlin Şimali Kiprin müstəqilliyini tanıyıb-tanımyacağına aydınlıq gətirib. Belə ki, son dönəmlər Türkiyə ilə inkişaf edən münasibətlər fonunda Moskvanın məsələyə müsbət yanaşması ehtimalları olsa da Rusiya liderinin açıqlaması bütün bu proqnozların üzərindən xətt çəkib.

Kreml lideri açıqlamasında Kiprdəki türklərin davranışlarının qəbuledilməz olduğunu və problemin beynəlxalq normalara uyğun həllinin vacibliyini qeyd edib.

Təbii ki, Rusiyanın bu cür mövqe tutmasının da bir sıra səbəbləri var.

Birincisi, Rusiya özü federativ respublikadır və ərazisində yaşayan bir sıra etnik azlıqların daxili idarəetmədə müəyyən sərbəstlikəri var. Əgər rəsmi Moskva Kipr məsələsində Türkiyənin mövqeyindən çıxış edərsə, tərkibində olan republikalar da eyni tələblə çıxış edə bilərlər. Bu isə, Kremlin eyni anda bir çox problemlərlə qarşı-qarşıya qalması deməkdir.

İkincisi, Moskvanın özünün də Şimali Kiprdə olduğu kimi bir sıra təcrübələri mövcuddur. Hər nə qədər Kreml tərəfindən inkar edilsə də, Ukrayna ilə Donetsk və Luqansk, eyni zamanda Gürcüstanla Abxaziya, Cənubi Osetiya, Moldova ilə isə Dnestryanı Respublika ilə Rusiyanın birbaşa bağlılığının olduğu məlumdur. Əgər Moskva Kipr məsələsində adadakı türklərin müstəqil dövlətlərini tanısa, özünün qeyd olunan fəaliyyətlərinə qarşı beynəlxalq arenadan ciddi təzyiqlər görə bilər.

Xüsusilə də, Qərblə münasibətlərin kəskinləşdiyi bir vaxtda Moskvaya yeni problem heç cürə sərf etməz.

Lakin məsələ ilə bağlı beynəxalq hüquq normaları çərçivəsindən çıxış etməklə Rusiya adıçəkilən regionlarda əlinin olmadığını nümayiş etdirmək imkanı qazanır. 
Sadalan səbəblərə görə, rəsmi Moskvanın Türkiyənin mövqeyini dəstəkləməsi mümkün deyil. Lakin sırf bu məsələnin də, Türkiyə-Rusiya münasibətlərinin gələcək seyrinə mənfi təsir göstərəcəyini iddia etmək doğru olmazdı. Xüsusilə də, son dönəmlərdə baş verən meşə yanğınlarına verilən dəstək, “S-400” raketlərinin alqı-satqısında əməkdaşlığın inkişafı, Qarabağda sülhün qorunmasındsa birgə iştirak kimi hadisələr Moskva və Ankara arasında əlaqələrin daha da möhkəmləndiyinin göstəricisidir.

Qeyd edək ki, bir neçə gün öncə də Rusiyanın məsələ ilə bağlı mövqeyini Kremlin sözcüsü Dimitri Peskov da oxşar şəkildə nümayiş etdirmişdi.

Belə ki, Peskov Moskvanın Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınmasına qarşılıq olaraq, Türkiyənin Krımı Rusiya torpağı kimi qəbul etməsi məsələsinin gündəmdə olmadığını dilə gətirmişdi.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
Hamısı