Əgər Rusiyanı sevirsinizsə və ömrü boyu yaşadığınız Ukrayna ərazisini Rusiya hesab edirsinizsə, uşaqlarınız və nəvələriniz üçün getməli və Rusiyada özünüzə yer axtarmalısınız.
EDNews.net xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukraynalı olduğunuzu və Donbasın Ukrayna torpağı olduğunu hiss edir, Ukrayna bayrağına və dilinə hörmət edirsinizsə, gözləyin. Donbas işğaldan azad olunacaq”, - deyə Zelenski bildirib.