Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinin komandanı, “Taliban” yaraqlıları ilə son nəfəsə kimi döyüşəcəklərini bəyan edib. Hazırda da döyüşlər gedir.
"Əminəm ki, mücahidlər, müqavimət qüvvələri və oğullarınız son nəfəsə kimi mübarizə aparacaqlar", - müqavimət qüvvələrinin komandanlarından biri Saleh Rigistani, Tolo News telekanalından yayımlanan videomüraciətində deyib
EDNews.net virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "RİA-Novosti" məlumat yayıb.
Riqistani əlavə edib ki, Pəncşirdə taliblərin olması heç də mübarizənin sonu demək deyil.