Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər və müdafiə nazirlərinin növbəti iclası gələn ilin birinci yarısında Ermənistanda keçiriləcək.
EDNews.net xəbər verir ki, bunu KTMT-nin Baş katibi Stanislav Zas deyib. Onun sözlərinə görə, İrəvanda həm də KTMT Təhlükəsizlik Şurası rəhbərlərinin iclası da baş tutacaq.
Qeyd edək ki, KTMT-nin bu formatda son iclası Düşənbədə baş tutmuşdu.