Arkovdan şok - Ziniçevin ölümü və Putinin özünütəcridi - VİDEO | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Arkovdan şok - Ziniçevin ölümü və Putinin özünütəcridi - VİDEO

Dünya A- A A+

Yevgeni Ziniçevin müəmmalı şəkildə ölümü və Vladimir Putinin qəfil özünütəcrid etməsi Kremlin "B planı" nı işə salması haqda düşünməyə sövq edir.

EDNews.net xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.

“Rusiyanın bir sıra güc struklarında sızan məlumatlara inansaq, FHN rəhbəri, ordu generalı Yevgeni Ziniçevin faciəvi ölümündən sonra Rusiya Federasiyasının rəhbər heyətinin mühafizəsi gücləndirilib. Məlum səbəblər üzündən bu informasiyanı yoxlamaq mümkün deyil”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiya Prezidentinin ətrafında kimsə koronavirus xəstəsi ola bilməz:

“Çünki onun ətrafında olan hər kəs bəlkə 10 dəfə vaksinasiya olunub və 1000 dəfə yoxlanılıb. Vladimir Vladimiroviçin təcili təcrid olunmasından belə başa düşmək olar ki, o, ya Ziniçevin dəfnində korona daşıyıcısı ilə təmasda olub, ya da bir müddətlik ortalıqda olmamalı idi”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...