ABŞ Hərni Dəniz Qüvvələri (HDQ) Atlantik okeanında "Trident II" ballistik raketini sınaqdan keçirib.
EDNews.net Ordu.az-a istinadən xəbər verir ki, bu barədə HDQ-nin "Twitter" səhifəsində məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, sınaq müvəffəqiyyətlə başa çatıb:.
""Trident II D5LE" raketlərini Atlantik okeanı üzərində uğurla sınaqdan keçirdik Bu sınaqlar ABŞ-ın XXI əsrdə strateji çəkindirmə hazırlığı və imkanlarını göstərir", - deyə HDQ qeyd edib.
Olduqca dəqiq zərbələr endirə bilən "Trident II" ballistik raketi "Lockheed Martin" şirkəti tərəfindən istehsal edilib.