Əvvəllər amerikalı liderlərin heç biri ilə aramızda bu cür narazılıq yaşanmayıb - Ərdoğan | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Əvvəllər amerikalı liderlərin heç biri ilə aramızda bu cür narazılıq yaşanmayıb - Ərdoğan

Dünya A- A A+

“Əvvəl amerikalı liderlərin heç biri ilə aramızda bu cür narazılıq yaşanmayıb. Təəssüf ki, ABŞ terror təşkilatları ilə mübarizə aparmır, gözləniləndən də artıq dəstək verir”.

EDNews.net-in xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident Ərdoğan bildirib ki, iki NATO ölkəsi olaraq ABŞ-la Türkiyə terrorla mübarizə məsələsində fərqli mövqedədir: “Amerika ilə münasibətlərimiz iki NATO ölkəsi olaraq bu şəkildə olmamalıdır. Amerikanın terror təşkilatları ilə mübarəzə aparması lazım olduğu halda, onlara çox miqdarda silah-sursat dəstəyi verir. Belə bir mövqe olduğu müddətcə bizim də bir NATO ölkəsi olaraq bunu bütün dünya ictimaiyyətilə paylaşmamız lazımdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...