Oktyabrın 17-də “Metamor” AES Ermənistanın enerji sisteminə birləşdirilib.
EDNews.net xəbər verir ki, AES-in modernləşdirilməsi və istismar müddətinin uzadılması proqramı çərçivəsində son planlı ehtiyat təmiri başa çatıb.
Bildirilib ki, təxminən 5 aydır fəaliyyəti dayandırılan “Metsamor” AES-in planlı təmiri yekunlaşıb.
Qeyd edək ki, Metsamor AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il artırılması qərara alınıb. Stansiyanın istismar resurslarının Rusiyanın kredit vəsaitləri hesabına artırılması planlaşdırılır.
Metsamor AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb. Bir neçə il sonra AES yenidən işə salınıb. Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür.