Hindistanın ölkə daxilində inşa etdirdiyi “Vikrant” aviadaşıyıcısı Hərbi Dəniz Qüvvələrinə təhvil verilməzdən əvvəl ikinci dəfə sınaqlara başlayıb.
EDNews.net xəbər verir ki, bu barədə “Tribune India” nəşri yazıb.
İlk dəniz sınaqlarından sonra Hərbi Dəniz Qüvvələri döyüş gəmisinin əsas sistemlərinin performansının qənaətbəxş olduğunu bildirib.
Dəniz sınaqları Hindistan-Çin yarışı fonunda baş verir. Çinin iki istismarda olan və bir o qədər də tikilməkdə olan aviadaşıyıcısı var. Hindistanda isə yalnız “INS Vikramaditya” adlı bir aviadaşıyıcı var.
44.000 tonluq yerli aviadaşıyıcı Kerala ştatının Koşi şəhərindəki dövlət gəmiqayırma zavodunda inşa edilib.