Saakaşvili sağlamdır və məhkəməyə hazırlaşır - ednews.net

25 Yanvar, Çərşənbə axşamı

Saakaşvili sağlamdır və məhkəməyə hazırlaşır

Dünya A- A A+

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti yaxşıdır, o, məhkəməyə hazırlaşır.

Bu barədə Gürcüstan mətbuatına keçmiş prezidentin həkimi Nino Qoqorişvili deyib.

“Pasiyentin vəziyyəti hazırda qənaətbəxşdir. Sadəcə bir qədər zəiflik var. Laboratoriya testləri norma daxilindədir. Saakaşvili endokrinoloqun tərtib etdiyi menyuya əsasən qidalanır. O, gücünü bərpa edir və fiziki cəhətdən aktivdir”, - Qoqorişvili bildirib.

Saakaşvilinin noyabrın 29-da keçiriləcək məhkəmə prosesində şəxsən iştirak etməyə hazır olub-olmaması ilə bağlı suala isə həkim belə cavab verib: “Düşünürəm ki, hazırdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...