Rusiyadan bir-birinin ardınca “narahatlıq” mesajları Proses başlandı?

Dünya 16:17 01.12.2021

Rusiyanın Ukrayna sərhədləri boyu bir aydan çoxdur durmadan qoşun cəmləşdirdiyi, ABŞ və digər NATO ölkələrinin Kremlin Ukraynaya hücuma hazırlaşdığı haqda bəyanatlar verdiyi bir vaxtda bu dəfə Moskva hərəkətə keçib.

EDNews.net xəbər verir ki, bu gün bir-birinin ardınca həm Rusiya XİN, həm Dövlət Dumasının üzvləri və Kreml Ukraynanın Donbassdakı münaqişə zonasına qoşun cəmləşdirdiyini bəyan edərək narahatlıq ifadə ediblər. Analitiklərə görə Moskvadan səslənən bu bəyanatlar Ukrayna üzərinə mümkün hücum üçün informasiya-təbliğat kampaniyasının yeni mərhələsinin başlamasına dəlalət edə bilər.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Ukrayna öz ordusunun yarısını Donbass münaqişəsi zonasına cəmləşdirib. “Ukrayna Silahlı Qüvvələri hərbi güc cəmləşdirir, ağır texnikanı, şəxsi heyəti çəkib gətirir. Bəzi məlumatlara görə, münaqişə zonasında Ukrayna qoşun qruplaşmasının sayı 125 min nəfərə çatır, bu isə bilməyənlər üçün deyim ki, Ukrayna ordusunun yarısı deməkdir”,-Zaxarova deyib.

Onun ardınca Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa Ukraynanın Donbass münaqişəsi zonasına hərbi texnika və canlı qüvvə cəmləşdirməsindən narahatlıq ifadə edib. Deputat onu da bildirib ki, Ukrayna Qərbdən “böyük həcmdə” silahlar alır. Aleksey Çepa Ukraynanın hərəkətlərinin “ciddi nəticələrə səbəb ola biləcəyini” deyib. Onun sözlərinə görə, Kiyev Minsk razılaşmalarını yerinə yetirməyib və indi də bunu etməkdən imtina edir. Rusiya isə “təxribatlara yol verilməməsi üçün” bütün mümkün olanı edir.

“Biz Ukrayna xalqı üçün heç vaxt pis nəsə etməyə cəhd etməmişik. Bütün baş verənlər Kiyevdəki Amerika səfirliyindən verilən göstərişlərin yerinə yetirilməsidir”, - Çepa deyib.

Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Ukraynanın Donbassdakı təmas xəttinə qoşun cəmləşdirməsindən “dərin narahatlıq” ifadə edib və bunu “təhlükəli avantüra” adlandırıb. Peskov qeyd edib ki, Moskva deeskalasiya üçün heç bir tədbir görməməyi özünə rəva bilməz. “Biz münaqişə zonasına 120 mindən çox hərbçinin cəmləşdirildiyi haqda xəbərləri görmüşük. Məhz bu fakt  Kiyevdə Donbassdakı vəziyyəti güc yolu ilə öz xeyrinə həll etmək əhval-ruhiyyəsinin üstün gələ biləcəyinə dair bizim narahatlıqlarımızı artırır”, - Peskov bildirib.

Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya irimiqyaslı hücum üçün şaxtaların düşməsini gözlədiyi barədə xəbərdarlıq edib. Bu isə dekabrın sonlarına, yanvarın əvvəllərinə təsadüf edə bilər. Hücum üçün bəhanə qismində Ukraynanın Donbassda “təxribatlar törətməsi və hücuma keçməsi” barədə iddialar əsas götürülə bilər. Hansı ki, Rusiya Donetsk və Luqansk sakinlərinə kütləvi şəkildə pasport paylayıb, onları öz vətəndaşları adlandırır.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı