"Taliban" dollarla alqı-satqı əməliyyatlarını qadağan edib - ednews.net

24 Yanvar, Bazar ertəsi

"Taliban" dollarla alqı-satqı əməliyyatlarını qadağan edib

Dünya A- A A+

"Taliban" Əfqanıstanda milli valyutanın - əfqaninin son günlər kəskin ucuzlaşması ilə əlaqədar dollar alqı-satqısını qadağan edib.

EDNews.net xəbər verir ki, bu barədə Əfqanıstanın "Aamaj News" agentliyi məlumat yayıb.

Ölkənin Kabildə yerləşən ən böyük valyuta bazarı “Saray Şahzadə”də dolların məzənnəsi avqustun əvvəlində 80 əfqani olsa da, artıq 114 əfqani səviyyəsinə çatıb.

Oktyabrın 6-da Mərkəzi Bank ölkədə bütün ticarət əməliyyatlarının yalnız Əfqanıstanda həyata keçirilməli olduğu barədə fərman verib. "Taliban" rəsmiləri daha sonra iqtisadi əməliyyatlarda xarici valyutadan istifadə edən əfqanları cəzalandıracaqlarını bildiriblər.

Hazırda "Taliban" tərəfindən həyata keçirilən tədbirlərə baxmayaraq, ölkədə iqtisadi vəziyyət son dərəcə ağır olaraq qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...