Pakistanla Hindistan arasında razılaşma olub - Hər iki ölkə AÇIQLADI - ednews.net

27 Yanvar, Cümə axşamı

Pakistanla Hindistan arasında razılaşma olub - Hər iki ölkə AÇIQLADI

Dünya A- A A+

Pakistan və Hindistan nüvə obyektlərinə hücumların qarşısını almaq məqsədi daşıyan razılaşma çərçivəsində öz nüvə obyektlərinin siyahılarını bir-biri ilə paylaşıb.

Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, İslamabad və Yeni Dehli iki ölkə arasında 31 dekabr 1988-ci ildə imzalanmış və 27 yanvar 1991-ci ildə ratifikasiya edilmiş saziş çərçivəsində nüvə obyektlərinin siyahılarını bir-birinə təhvil verib.

Nüvə obyektlərinə hücumların qarşısının alınmasını nəzərdə tutan saziş çərçivəsində iki ölkə hər il yanvarın 1-də bu siyahıları bir-biri ilə bölüşür. Bu təcrübə 1992-ci il yanvarın 1-dən qüvvədədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...